ABŞ-dan Azərbaycanda dövlət çevrilişi xəbərinə reaksiya
08.07.2015 889 0.0 0

ABŞ səfirliyi Azərbaycanda çevriliş hazırlamır. Məlumata görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatında deyilir.

Bildirilir ki, səfir Robert Sekuta istər iqtidar, istərsə də müxalifət partiyalarının nümayəndələri ilə görüşərək onların fikirlərini dinləyib.

Sözügedən görüşlər səfirin Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri ilə görüşmək və onların fikirləri ilə tanış olmaq niyyətinin bir hissəsidir və bu görüşlər barədə məlumat ictimayyətə öncədən çatdırılıb.

 

"ABŞ səfirliyi Azərbaycanda çevriliş hazırlamır. Səfirlik ölkədə nə hər hansısa partiyanı təlimatlandırır, nə də partiyaları maliyyələşdirir. Bu sırada olan istənilən şayiələr ABŞ-ın Azərbaycanın sabitliyinə, firavanlığına və müstəqilliyinə illər boyu verdiyi mühüm dəstəyə və əməkdaşlığa qarşı ədalətsizlikdir", - deyə bəyanatda qeyd olunur.

Xatırladaq ki, Azərbaycanın ev sahibliyi etdiyi I Avropa Oyunları ilə bağlı Birləşmiş Ştatların Dövlət Departamentindən anti-Azərbaycan kampaniyası ilə bağlı ittihamlar səslənmişdi. Azərbaycan mediyası bununla bağlı faktlar açıqlamışdı.

Azərbaycanın bir sıra media vasitələrinin bu ittihamlarına artıq Dövlət Departamentinin sözçüsü Mari Harf da münasibət bildirib:

 

“ABŞ-ın Azərbaycanın suverenliyi və müstəqilliyinə olan uzunmüddətli dəstəyinə sözdən daha çox etibar edilir. Məqalədəki iddialar isə tamamilə əsassızdır və həqiqətə uyğun deyil”./anspress/

 

Mari Harf

ABŞ-ın Bakı planı belə ifşa olundu (VİDEO)


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar