ABŞ-da terror aktlarının gözlənildiyini bəyan edilib
15.02.2016 469 0.0 0

Kəşfiyyat İdarəsi ABŞ-da terror aktlarının gözlənildiyini bəyan edib.

 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan bildirib ki, terrorçular ABŞ-a hücum təşkil etməyə cəhd göstərə bilərlər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, idarə rəhbəri, eyni zamanda onların bunu bacaracaqlarına şübhə ilə yanaşıb.

"Mənim ehtimalıma görə, onlar öz şəxsi heyətlərini, materiallarını və bunu törətmək və ya insanları bu işlərə cəlb etmək üçün lazım ola biləcək nə varsa ölkə ərazisinə keçirməyə çalışacaqlar. Hesab edirəm ki, onların cəhdləri qabaqcadan müəyyən edilib və düşünürəm ki, onlara qarşı mütləq uğur əldə olunacaq", - deyə Brennan bildirib.

Brennan, həmçinin qeyd edib ki, terrorçular bu kimi əməllərlə Qərb və müsəlman dünyası arasında münaqişə yaratmaq istəyirlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar