ABŞ-da son 8 gündə 4 məhbus edam olunub
28.04.2017 626 0.0 0

ABŞ-da son 8 gündə 4 məhbus edam olunub.

 

“lenta.ru” saytına istinadən verilən məlumata görə, edam qərarları Arkanzas ştatında icra edilib.

 

1998-ci ildə qətl törədən və ömürlük həbs cəzası alan 38 yaşlı Kennet Uilyams həbsxanadan qaçandan sonra yenidən qətl törətdiyi üçün təkrar məhkum edilib. Məhkəmə onun vəkillərinin edamın ertələnməsi xahişini təmin etməyib.

 

“Ölümcül kokteyldə” midazolam maddəsinin istifadəsi qanunla ziddiyyət təşkil edir. Belə ki, bir neçə halda məhkum huşunu itirməyərək əzab içində ölüb. ABŞ Konstitusiyasını 8-ci maddəsinə əsasən, ölkədə qəddar və qeyri-adi cəzalar qadağan edilib. Bununla belə, bu maddədən istifadə davam etdirilir.

 

Arkanzas ştatında 11 günə 8 məhkumun edamı ilə bağlı qərar qəbul edilsə də, müxtəlif səbəblərdən bir neçə edamın icrası məhkəmə tərəfindən saxlanılıb. Qısa müddətdə bu sayda edamın icra edilməsinə səbəb məhkuma vurulan ölümcül inyeksiyanın tərkibində olan midazolam maddəsinin istifadə müddətinin bitməsidir. Aprelin 25-də Arkanzasda 2000-ci ildən sonra ilk dəfə bir sutka ərzində iki məhbus edam olunub.

 

Qeyd edək ki, ABŞ-ın 31 ştatında edamlar inyeksiya vasitəsi ilə icra olunur. Digər ştatlarda edamlara icazə verilsə də, müvafiq qərarlar icra edilmir. Aydaxo və Oklahoma ştatlarında güllələnmə edamın ehtiyat üsulu kimi saxlanılıb. Daha altı ştatda edam elektrik stul vasitəsi ilə həyata keçirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar