ABŞ-da silahlı insident, ölənlər var
18.01.2015 933 0.0 0

ABŞ-ın Florida ştatındakı bir ticarət mərkəzində həyata keçirilən silahlı hücumda 2 nəfər öldüyü, 1 nəfərin də yaralandığı bildirilir.
 

Polisin verdiyi aşıqlamaya görə, Melbourne Square Mall adlı alış-veriş mərkəzinin qida satış sektorunda silah səsləri eşidilməsindən sonra ticarət mərkəzi bağlanılaraq içəridəkiləri ordan uzaqlaşdırıblar.

İlkin məlumatlara görə silahlı hücumda 2 nəfər həyatını itirdiyi, yaralanan 1 nəfərin  isə xəstəxanaya qaldırıldığı bildirilir.

Polis, ticarət mərkəzindəki vəziyyətin nəzarət altına alındığını və təhlükəsizliyin təmin olunduğunu bildirib ancaq ölən iki nəfərin arasında silahlı təcavüzkarın olub olmadığı və hücumun səbəbi ilə bağlı hələ məlumat verməyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar