ABŞ-da Roma Papasına sui-qəsd hazırlayan yeniyetmə tutulub
16.09.2015 584 0
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Filadelfiya ətrafında ABŞ-a səfəri planlaşdırılan Roma Papası Fransiskə sui-qəsd hazırlamaqda şübhəli bilinən 15 yaşlı yeniyetməni saxlayıblar.
“Gazeta.ru”ya istinadən verilən xəbərə görə, bu barədə ABC News telekanalı məlumat yayıb.
Məlumata görə, yeniyetmə ötən ay həbs olunub. Yeniyetmənin İŞİD terror qruplaşmasına üzv olmağa meyl göstərdiyi qeyd olunur.
“Yeniyetmə digər şəxslərin də iştirak edəcəyi hücum törətməyi planlaşdırıb. Hücum zamanı odlu silahlardan və bir neçə partlayıcı qurğudan istifadə etmək planlaşdırılıb”, deyə FTB-dən bildirilib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər