Nyu York Bələdiyyə Başçısı Bill de Blasio, İslam dininin müqəddəs günləri olan Ramazan və Qurban bayramlarının təhsil müəssisələrində tətil olacağını açıqlayıb. Blasio, qərarın verilməsində "şəhərin müxtəlif dini mənsublarına hörmət bəsləyən bir dəyişiklik" olaraq qiymətləndirib.
Müsahibədən sonra Nyu York Bələdiyyəsindən verilən açıqlamada , Nyu Yorkda dövlət məktəblərində ilk rəsmi tətilin, 2015-2016 tədris ilində 24 Sentyabr tarixində Qurban Bayramının birinci günü olacağı bəyan olunub.
Bələdiyyənin açıqlamasında o da qeyd olunub ki , onsuzda həmin bayram şagirdlərin dərsə davamiyyəti aşağı olur, şagirdlər dərsə gəlmir.
Digər tərəfdən bələdiyyə rəsmilər, Nyu Yorkda 600 min ilə 1 milyon arasında müsəlmanın yaşadığını bildirirlər.
Bildirək ki, Nyu Yorkda, Xristian və Yəhudi tələbələrə dini bayramlarında bütün məktəblərə tətil verilsədə, əvvəllər müsəlmanların Ramazan və Qurban bayramlarının tətil olması üçün böyük mübarizə aparmış, lakin Müsəlmanların bayramlarının rəsmi tətil olmasını qəbul etməmişdi.