ABŞ-da quyuların sayının artması nefti ucuzlaşdırır
17.04.2017 656 0.0 0

Dünya birjalarında neft ucuzlaşıb.

 

Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar və ya 0,85% azalaraq 52,73 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,03 dollar və ya 0,79% azalaraq 55,45 dollar olub.

 

Neftin ucuzlaşmasına səbəb ABŞ-da qazma quyularının sayının 13 həftə durmadan artmasıdır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar