ABŞ-da polis yenə zənci vətəndaşı öldürdü
20.08.2015 498 0.0 0

Amerika Birləşmiş Ştatlarının Missuri ştatında polis qaradərili şəxsi öldürüb. Hadisə Sent-Luis şəhərində polis reydi zamanı baş verib. Məlumata görə, polis binada axtarış əməliyyatı icra edən zaman binadan iki qaradərili çıxıb. Onlardan biri polisə doğru silah tuşlayıb. Polis dərhal silahlı şəxsə atəş açıb. Afroamerikalı aldığı yaradan dünyasını dəyişib. Hadisəyə şahid olan sakinlər polisə

qarşı “qaradərililərin həyatı mənasız deyil” şüarları ilə çıxış ediblər.
 

Bu cür sözlər ötən il Ferquson şəhərində qaradərili Maykl Braunun öldürülməsindən sonra baş qaldıran etirazlarda əsas şüarlara çevrilib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar