ABŞ-da ötən ilin ən yaxşı avtomobillərinin adını açıqlayıblar
16.01.2018 807 0.0 0

Detroitdə yerləşən Şimali Amerika beynəlxalq salonunda ötən ilin ən yaxşı avtomobillərinin adını açıqlayıblar.

"İlin krossover"i kateqoriyasında ən yaxşı avtomobil "Volvo XC60" seçilib. Bu modeldən əlavə bu kateqoriyada "Alfa Romeo Stelvio" və "Honda Odyssey" modelləridə iştirak edib.

İlin minik avtomobilləri kateqoriyasında ən yaxşı "Honda Accord" seçilib. Bu modeldən əlavə bu kateqoriyada "Toyota Camry" və "Kia Stinger" modelləridə iştirak ediblər.

"Yolsuzluq avtomobili" kateqoriyasında isə ən yaxşı avtomobil "Lincoln Navigator" seçilib.

Qeyd edək ki, ilin ən yaxşı avtomobilini seçərkən hər kateqoriyada avtoekspertlər dizayna, təhlükəsizliyə, avtomobilin idarə olunmasına və digər xüsusiyyətlərini nəzərə alıblar./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar