ABŞ-da Obama və Buşun nüfuzu Trampı üstələyib
21.06.2017 739 0
ABŞ-da keçirilmiş yeni rəy sorğularının nəticələrinə əsasən prezident Donald Trampın populyarlığının aşağı düşməsi fonunda ölkənin keçmiş dövlət başçıları - Barak Obama və Corc Buşun reytinqi yüksəlib.
Məlumata görə, bu barədə "The Hill" yazıb.
"Gallup" təşkilatının yeni sorğusunun nəticəsinə görə, Buşun reytinqi ötən illə müqayisədə 59 faizə qədər, Obamanın nüfuzu isə 58 faizdən 63 faizə qədər artıb.
Bildirilir ki, son ildə rəyi soruşulanların 41 faizi Buşun prezidentliyini bəyənib. Sorğunun son məlumatlarına görə, hazırda Trampın fəaliyyətini amerikalıların 40 faizi bəyənir.
Bundan əvvəl məlum olub ki, amerikalıların çoxu Trampın impiçmentini dəstəkləyir./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər