ABŞ-da neft quyularının çoxalması fonunda neft ucuzlaşır
20.03.2017 1012 0.0 0

ABŞ-ın Baker Hughes şirkətinin ABŞ-da neft buruqlarının sayının artmasını açıqlamasından sonra dünyada neftin qiyməti ucuzlaşır.

 

“RİA Novosti” agentliyinə istinadən verilən məlumata görə, “Brent” markalı neftin qiyməti 0,60%  azalıb və bir barel neftin qiyməti 51,45 dollara, WTI markalı neftin qiyməti isə 0,75%  azalaraq 48,94 dollara düşüb.

 

“Baker Hughes” şirkətinin məlumatına əsasən martın 17-nə ABŞ-da neft buruqlarının sayı 21 ədəd, yaxud 2,27% artaraq 631 ədədə çatıb. Qaz buruqları isə 6 ədəd, yaxud 3,97% artaraq 157 ədədə çatıb.

 

ABŞ-da “qaya nefti”nin istehsalının belə sürətli artması gözlənilməz sayılır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar