ABŞ-da neft hasilatı bərpa olunub
19.01.2018 789 0.0 0

ABŞ-da 5-12 yanvar həftəsində neft ehtiyatları növbəti dəfə azalma göstərib.

 

Bildirək ki, bu məlumatı ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) həftəlik hesabatında yayıb.

 

Hesabatda bildirilir ki, təhlil olunan dövr ərzində ABŞ-da neft ehtiyatları 6,861 mln. barel və ya 1,63% azalaraq 412,7 mln. barelə düşüb. Analitiklər ehtiyatların 3,6 mln. barel azalacağını ehtimal edirdilər. Xatırladaq ki, neft ehtiyatları əvvəlki həftə 4,9 mln. barel azalma göstərib.

 

Bununla yanaşı, ABŞ-ın benzin ehtiyatlarında artım müşahidə olunub. Analitiklər benzin ehtiyatlarının 3,99 mln. barel artacağını ehtimal etsələr də, ehtiyatlar 3,62 mln barel və ya 1,53% artaraq 240,9 mln. barelə çatıb. Əvvəlki həftə isə benzin ehtiyatları 3,13 mln. barel artıb.

 

ABŞ-da hesabat həftəsində neft hasilatı 258 min barel və ya 2,72% artaraq 9,75 mln. barel/günə çatıb. Xatırladaq ki, əvvəlki həftə hasilat soyuq hava şəraiti səbəbindən 290 min barel və ya 2,96% azalaraq 9,492 mln. barel/gün təşkil edib.

"Report"un analitik qrupu bildirir ki, neftin qiyməti yüksək səviyyədə qalmağa davam edəcək. 2018-ci ilin ilk rübündə "Brent" markalı neftin 55-73 dollar/barel diapazonunda olması gözlənilir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar