ABŞ-da Konqres üzvünü güllələyən şəxs ölüb
14.06.2017 717 0
ABŞ Konqresinin üzvünü ağır yaralan şəxs xəstəxanada dünyasını dəyişib.
“Gazeta.ru”-ya istinadən verilən xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
Bundan əvvəl polis Konqresin Nümayəndələr Palatasının üzvü Stiv Skalizə ağır xəsarət yetirən şəxsin 66 yaşlı İllinoys ştat sakini Ceyms Hockinson olduğunu müəyyənləşdirib.
Hadisə bu günVirciniya ştatının Aleksandriya şəhərində baş verib. Stiv Skaliz öz köməkçiləri ilə beysbol oynayarkən avtomat silahdan atəşə tutulub. Nəticədə konqresmen və bir neçə nəfər yaralanıb. Atəş açan şəxs polislə atışmada yaralanaraq xəstəxanaya yerləşdirilib. /APA/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər