Oreqon ştatının Duqlas dairəsinin şerifi Con Xanlin mətbuat konfransında bildirib ki, Rezberq şəhəri yaxınlığındakı kollecdə baş vermiş atışma nəticəsində 10 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Bundan əvvəl insident nəticəsində 15 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilmişdi.
Silahlı hücumu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları ilə atışma zamanı öldürülüb.
“Atəş açan şəxs barəsində və hadisənin motivlərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır”, deyə Con Xanlin bildirib.
***** 04.19
ABŞ –ın Oreqon ştatında kolleclərin birində atəş açan şəxs tələbələrdən mənsub olduqlarını deməyi tələb edib. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə News-Review nəşrinə insidentin şahidləri bildirib.
Qeyd edək ki, təhsil ocağına silahlı hücum edən təxminən 20 yaşlı şəxs öldürülüb.
İnsidentin 20 yaşlı şahidi olmuş Kortni Murun sözlərinə görə, o sinifdə olarkən kimsə çöldən atəş açaraq müəllimi başından yaraladı. Bundan sonra silahlı şəxs otağa daxil olaraq atəş açmazdan öncə hər bir tələbədən hansı dinə mənsub olduğunu deməyi tələb edib.
CNN telekanalının məlumatına görə, hadisə yerində silahlıya mənsub 4 tapança aşkarlayıb. /apa/