ABŞ-da İŞİD əməliyyatı
03.04.2015 822 0.0 0

Amerika Birləşmiş Ştatlarında (ABŞ) İŞİD terror qruplaşması ilə əlaqə qurmaqda şübhəli bilinən şəxslər saxlanılıb. 

Məlumata görə, ABŞ Federal Tədqiqatlar Bürosunun (FBI) Nyu-Yorkda keçirdiyi əməliyyat nəticəsində biri 20, digəri isə 30 yaşlarında olduğu güman edilən iki qadın yaxalanıb. Yerli mediada yayılan xəbərlərə əsasən, həmin qadınların bomba hazırlamaqla məşğul olduqları deyilir. 

Saxlanılan qadınlar bomba hazırlamaq suçu ilə yanaşı, İŞİD terror qruplaşmasının internet vasitəsilə yaydığı təxribata dəstək olduqları üçün də ittiham ediləcəklər. Onların bu gün Bruklin məhkəməsinə çıxarılması gözlənilir. 

Xatırladaq ki, ötən həftə isə Çikaqoda iki qohum İŞİD üçün ABŞ-da terror hadisəsi törətməyə cəhd etdikləri üçün yaxalanmışdı./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar