ABŞ-da hava limanında atəş açan şəxsin adı açıqlanıb
07.01.2017 901 0.0 0

Polisin verdiyi məlumata əsasən, Fort-Loderdeyl şəhərində hava limanında atəş açaraq 5 nəfəri öldürən və 45 nəfəri yaralayan şəxs Esteban Santyaqodur.

ABŞ-ın Fort-Loderdeyl şəhərində hava limanında atəş açan, 26 yaşlı Esteban Santyaqonun psixoloji problemləri olub.
 
“The Associated Press” agentliyinə istinadən verilən xəbərə görə, bu barədə onun qardaşı Brayan Santyaqo bildirib.
 
Onun sözlərinə görə Nyu-Cersidə anadan olan Esteban iki yaşında valideynləri ilə birgə Puerto-Rikoya köçüb. 2010-cu ildə ABŞ ordusunun mühəndis-istehkam batalyonunun heyətində İraqa yollanıb. Hərbi xidməti başa vurduqdan sonra Alyaska ştatında məskunlaşıb,  psixoloji durumunda problem yarandığı üçün müalicə kursu keçib.
 
Qeyd edək ki, ABŞ-ın Fort-Loderdeyl şəhərində baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb. Cinayəti törədən Esteban Santyaqo saxlanılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar