ABŞ-da hasilatın azalması nefti bahalaşdırır
01.07.2017 723 0.0 0

Dünya birjalarında neft bahalaşıb.

 

Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,11 dollar və ya 2,47% artaraq 46,04 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,31 dollar və ya 2,75% artaraq 48,94 dollar olub.

 

Neftin bahalaşmasına ABŞ-da “qara qızıl” hasilatının azalması səbəb olub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar