ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırır
13.04.2017 750 0
Dünya birjalarında neftin qiyməti müxtəlif dinamika nümayiş etdirir.
Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,02 dollar və ya 0,04% azalaraq 53,09 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar və ya 0,04% artaraq 55,88 dollar olub.
Ötən gün ABŞ-ın Enerji İnformasiyası İdarəsinin açıqladığı statistikaya əsasən, həftə ərzində ölkənin kommersiya neft ehtiyatlarının həcmi 2,2 mln. barel azalaraq 533,4 mln. barelə enib. Halbuki proqnozlar 0,09 mln. barel artım üzərində qurulmuşdu. Bundan öncəki həftə ərzində ABŞ-ın kommersiya neft ehtiyatları 1,6 mln. artıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər