ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırıb
11.05.2017 660 0.0 0

Dünya birjalarında neft bahalaşıb.
 
Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,24 dollar və ya 0,51% artaraq 47,57 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,24 dollar və ya 0,48% artaraq 50,46 dollar olub.
 
Neftin bahalaşmasına ABŞ-da “qara qızıl” ehtiyatlarının azalması səbəb olub. Belə ki, Ötən həftə ABŞ-da neft ehtiyatları 5,247 mln. barel azallaraq 522,525 mln. barel təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar