ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırıb
03.06.2016 586 0.0 0

 Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar artaraq 49,20 dollar təşkil edib.

Məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,01 dollar artaraq 50,05 dollar olub.
 
Qeyd edək ki, neftin bahalaşmasına səbəb ABŞ-da kommersiya ehtiyatlarının azalmasıdır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar