ABŞ-da ehtiyatların artması nefti ucuzlaşdırır
28.06.2017 700 0
Dünya birjalarında neft ucuzlaşıb.
Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar və ya 0,47% azalaraq 44,03 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,13 dollar və ya 0,28% azalaraq 46,52 dollar olub.
Neftin ucuzlaşmasına ABŞ-da “qara qızıl” ehtiyatlarının artması ilə bağlı xəbərlər səbəb olub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər