ABŞ-da ehtiyatların artması nefti ucuzlaşdırır
14.06.2017 667 0.0 0

Azərbaycan nefti ucuzlaşıb.


Qazeta.info APA-ya istinadla xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,72 dollar və ya 1,47% azalaraq 48,31 dollar təşkil edib. 

Dünya birjalarında neft ucuzlaşıb.

 

Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar və ya 0,99% azalaraq 46,00 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,41 dollar və ya 0,84% azalaraq 48,31 dollar olub.

 

Neftin ucuzlaşmasına Amerika Neft İnstitutunun ABŞ-da “qara qızıl” ehtiyatlarının artması barədə məlumatları səbəb olub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar