ABŞ-da ehtiyatların artması nefti ucuzlaşdırır
08.02.2017 864 0.0 0

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,60 dollar və ya 1,15% azalaraq 51,57 dollar təşkil edib.

 

 

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,41 dollar və ya 0,74% azalaraq 54,64 dollar olub.

 

Treyderlər neftin ucuzlaşmasına İranın neft hasilatını çoxaltması, eləcədə ABŞ-da neft və neft məhsullarının ehtiyatlarının artması barədə məlumatlar səbəb olub. 

 

Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,04 dollar və ya 1,82% azalaraq 56,16 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar