Dünya birjalarında neft bahalaşıb.
M'lumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar artaraq 52,50 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar artaraq 55,61 dollar olub.
Xatırladaq ki, ötən həftə hər iki markadan olan neft 3% ucuzlaşıb. Buna baxmayaraq, ABŞ-dan daxil olan müsbət siqnallar bugünkü ticarət sessiyasında nefti bahalaşdırır.
Ötən həftənin cümə günü "Baker Hughes" şirkəti tərəfindən açıqlanan statistikaya əsasən, son 10 həftə ərzində ilk dəfə olaraq ABŞ-da quraşdırılan buruqların sayı azalıb. Hesabat həftəsi ərzində ABŞ-da quraşdırılan buruqların sayı 7 ədəd azalaraq 522-yə çatıb. Bu isə neftin qiymətinə müsbət təsir etməyə bilməzdi./apa/