ABŞ-ın Arkanzas ştatının Litl-Rok şəhərindəki "Power Ultra Lounge" klubunda baş vermiş atışmada yaralananların sayı artıb.
"Report"un xarici mediaya istinadən məlumatına görə, bu barədə şəhər polisi "Twitter"də xəbər verib.
"25 nəfər odlu silahdan açılan atəşdən yaralanıb. Daha üç nəfər xəsarət alıb, bu, insidentlə bağlı deyil" – deyə polisdən bildirilib.
Bununla yanaşı, bildirilib ki, yaralıların heç birinin həyatına təhlükə yoxdur.
Qeyd edək ki, hadisə iyulun 1-ə keçən gecə konsertin qonaqları arasında münaqişə zamanı baş verib.
***17:25
ABŞ-ın Arkanzas ştatının mərkəzi Litl Rok şəhərində gecə klublarından birində atışma olub.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, atışma Power Ultra Lounge adlı klubda baş verib.
İlkin məlumatına görə hadisə zamanı 17 nəfər yaralanıb.
İnformasiyaya əsasən, gecə klubunda olan iki nəfər arasında mübahisə yaranıb. Mübahisə daha sonra silahlı qarşıdurmaya çevrilib.