Şişir və qızışır
Yelloustoun Milli Parkında (Yellowstone National Park) yerləşən eyni adlı supervulkanın püskürməsi müasir tarixin ən acınacaqlı faciəsi olacaq.
Məlumata görə, baş verəcək qorxunc hadisə heç də yalnız adi hay-küy salan vətəndaşları qorxutmur, həm də ciddi alimlər həyəcan təbili çalırlar. Bu haqda daim elmi işlər dərc edilir, vulkanı yaxından izləyir, yeni detallar aşkara çıxarırlar. Kataklizm və onun nəticələri haqda hər ötən gün daha qorxunc iddialar səslənir.
Arizona Universitetindən (Arizona State University) tədqiqatçılar dünən növbəti xəbərdarlıqla çıxış ediblər. Doktor Kristi Tillin (Dr. Christy Till) rəhbərliyi ilə onlar Yelloustoun parkında 631 min il əvvəl formalaşmış vulkanik tufu tədqiq ediblər.
Yığılmış nümunələrdəki mineralların analizi yerin altındakı hansı hadisələrin kataklizmə səbəb ola biləcəyini müəyyən etməyə imkan verib. Alimlərin fikrincə, kaldera qızışaraq və şişərək 25 santimetr qalxıb. Bu, onu göstərir ki, əvvəlki püskürmədən öncə yaranan halın tədricən eynisi yaranmaqdadır.
Bu mənada, kaldera durmadan silkələnir - təkcə sentyabr ayı ərzində seysmoloqlar yüzdən çox təkan qeydə alıblar. Bundan başqa o, hər gün özündən 45 min ton karbon qazı buraxır.
“Bizim çox az vaxtımız var”, - tədqiqatın iştirakçılarından biri Hanna Şamlu (Hannah Shamloo) şikayətlənir – “püskürmə yaxın 10 ildə başlana bilər”.
Vulkanik kül on minlərlə kvadrat kilometr ərazini örtəcək, - 1 metr lava qatı vulkandan 500 kilometrlik məsafəyə qədər uzanacaq.
90 min insan Yelloustoun kalderasının püskürməsinin bilavasitə qurbanı olacaq.
Ən təsəlliverici hesablamalara görə, səmaya qalxmış kül ABŞ və Kanadada o qədər böyük olacaq ki, bu, nüvə partlaması zamanı yaranmış kül ilə müqayisə olunur./Publika.az/