ABŞ bu dəfə Əfqanıstanı bombaladı
14.04.2017 727 0.0 0

ABŞ ilk dəfə ən böyük qeyri-nüvə bombalarını hərbi şəraitdə istifadə edib.

Qazeta.info Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, hədəf olaraq Əfqanıstandakı İŞİD qruplaşması döyüşçüləri seçilib.

Məlumata görə, zərbələr Açin rayonuna endirilib. Bombalar İŞİD-in istifadə etdiyi tunelləri dağıdıb.

Pentaqondan verilən məlumata görə, bu, ABŞ-ın istifadə etdiyi ən böyük qeyri-nüvə hərbi sursatıdır, bu bombaların çəkisi 9,5 ton təşkil edir./


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar