ABŞ prezidenti Donald Tramp administrasiyası BMT və başqa beynəlxalq təşkilatları, eləcə də müqavilələri maliyyələşdirməyi ixtisar etmək üçün layihə hazırlayıb.
“Report” xəbər verir ki, bu barədə “New York Times” qəzetinin elektron versiyasında bildirilib.
Məlumata görə, layihənin birinci “Beynəlxalq təşkilatların auditi və maliyyələşdirilməsinin ixtisarı” başlığı belədir. Bu başlıq altında BMT-yə bağlı bir neçə beynəlxalq təşkilatın maliyyələşdirilməsinin azı 40 faiz ixtisarı nəzərdə tutulub. Bura ilk növbədə Fələstin Azadlıq Təşkilatı, habelə İran və Şimali Koreyaya münasibətdə sanksiyaların tətbiqindən yayınan təşkilatlar da daxildir.
Qeyd edək ki, bu il yanvarın əvvəlində BMT-nin baş katibi Antoniu Quterrişlə Donald Tramp arasında ikitərəfli münasibətlərə dair telefon danışığı olub.