Azərbaycan Ordusu dünyanın ən güclüləri siyahısına düşüb.Məlumata görə, Amerika nəşri olan "U.S. News and World Report" bu barədə məlumat yayıb.
Reytinq siyahısı Azərbaycan dövlət başçısının da iştirak etdiyi Davos iqtisadi forumunda açıqlanıb. İlk üçlükdə ABŞ, Rusiya və Çin yer alıb.
ABŞ-ın hərbi xərcləri ümumdaxili məhsulun 3,5 faizini təşkil edir. İkinci olan Rusiyanın xərcləri 4,5 faizdir. İlk üçlüyü qapadan Çin isə 2,1 faiz göstəriciyə sahibdir. Onların ardınca Almaniya və Böyük Britaniya gəlir.
Azərbaycan siyahıda 38-cidir. Ölkəmiz Macarıstan, Rumıniya, Çexiya, Malayziya kimi ölkələri qabaqlayıb.
Azərbaycanda keçirilən hərbi parad - 2013-cü il
Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə də siyahıda qabaqcıl yerlərdən birini tutub. Qardaş ölkə 17-ci pillədə qərarlaşıb.
Reytinq cədvəli "BAV Consulting" və Pensilvaniya universitetinin əməkdaşlığı ilə hazırlanıb. Sosial sorğu 36 ölkədə aparılıb. Sorğuda minlərlə insan - sadə və biznes, elit təbəqədən olanlar iştirak edib.
Eyni nəşrin ikinci reytinq siyahısında isə ölkələrin turizm sahəsi, innovativ yeniliklər, dünya arenasında nüfuzu və gücü, mədəniyyəti, tarixi irsi, biznesə açıqlığı və əhalinin ümumi həyat səviyyəsi kimi kriteriyalar əsas götürülüb. Siyahıda 60 ölkənin adı var. İlk beşlikdə Almaniya, Kanada, Böyük Britaniya, ABŞ, İsveç kimi ölkələr var.
Siyahının sonunda isə Ukrayna və Əlcəzair yer alıb. /anspress/
İlk üçlük