Nyu Yorkda yerləşən Roçester Universiteti yadplanetlilərlə bağlı uzun müddət aparılan araşdırmanın nəticələrini açıqlayıb.
Məlumata görə, alimlər kainatda yadplanetlilərin olduğunu təsdiqləyib. Onların fikrincə, insandan savayı da canlılar hazırda yaşamaqdadır.
Araşdırma qrupunun rəhbəri, professor Adam Frank verdiyi açıqlamada bu varlıqların insandan öncə kainata yayıldığını deyib:
“Mənim fikrimcə, başqa ağıllı və texnoloji inkişaf dövrü keçən varlıqlar bizdən öncə yaranıb. Bizim gəldiyimiz nəticədən əvvəl belə düşünün: insanın yaşaması mümkün olan bir kainatda trilyonda bir ehtimalla təkcə bir sivilizasiyanın inkişaf etdiyini fikirləşməyiniz sizdə bədbinlik yarada bilərdi. Ancaq trilyonda bir təxmin etsək belə, insanın Yer üzündə mövcudluğu göstərir ki, kosmos tarixində 10 milyard dəfə bu proses təkrarlana bilər”.
Qrupun digər üzvü, Vaşinqton Universitetinin professor Vudraff Sullivan ulduzların 20%-ində su tapıla biləcəyini deyib./axar.az/