ABŞ administrasiyasının üç işçisi Boltondan sonra istefa verib
12.09.2019 506 0.0 0

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərildikdən sonra C. Boltonla birlikdə işləyən ABŞ administrasiyasının üç işçisi də istefa ərizəsini yazıblar.

RİA “Novosti”yə istinadən xəbər verilir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nəşrin məlumatına görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Qarrett Marki, milli təhlükəsizlik üzrə köməkçinin rabitə direktoru Sara Tinsli və Boltonun gündəlik planlaşdırılmasını həyata keçirən Kristin Samuelyan istefa verib.

Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərilib. Bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində məlumat verib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar