ABŞ-a sərt cavab
02.04.2015 741 0.0 0

İran müdafiə naziri Hüseyn Dehkan ABŞ müdafiə naziri Eşton Karterin Tehran rəhbərliyi və aparılan nüvə müzakirələrin uğurla nəticələnməməsi vəziyyətində hərbi variantın gündəmə gələcəyi ilə bağlı xəbərdarlığına sərt reaksiya verib.

Məlumata görə, iranlı nazir ölkəsinin hər cür hücuma qarşı daima hazır olduğunu və qəti cavablarını döyüşdə verəcəklərini bildirib. 

"Görünən odur ki, ABŞ müdafiə naziri amneziya xəstəliyinə tutulmuş və unutqan olub. Karter ABŞ-ın keçmişdə və hazırda bölgədə və dünyada uduzduqlarını xatırlasa, bu tip boş sözlərdən istifadə etməz", - Hüseyn Dekhan bildirib. 

Onun sözlərinə görə, Amerika səlahiyyətlilərinin zaman - zaman İrana qarşı səsləndirdrdiyi hərbi təhdidlərinin içi boşdur./anspress/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar