ABŞ 60 Rusiya diplomatını ölkədən çıxarır
26.03.2018 830 0.0 0

ABŞ hökuməti 60 Rusiya diplomatının ölkədən çıxarılması, eləcə də Sietldəki Rusiya baş konsulluğunun bağlanması barədə qərar qəbul edib.

 

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bu barədə Ağ ev administrasiyasının nümayəndəsi xüsusi brifinqdə bildirib.

Ölkədən xaric edilən 60 diplomatdan 48-i səfirlik, 12 isə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin əməkdaşlarıdır.

Onlar həftə ərzində ölkəni tərk etməlidir.

Qeyd edək ki, ABŞ-la yanaşı Ukrayna və 14 Aİ ölkəsi də Rusiya diplomatlarını ərazisindən çıxarır.

Qərarın martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqəli olduğu bildirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar