ABŞ 4 nəfərin başına 20 mln. ayrdı
06.05.2015 718 0.0 0

ABŞ "İŞİD" terrorçu qruplaşmasının dörd əsas liderinin başına ümumilikdə 20 milyon dollar mükafat ayırıb.

Məlumata görə, bu barədə Dövlət Departamenti məlumat yayıb. 

Bildirilir ki, Abd əl-Rəhman Mustafa əl-Qaduli barədə məlumata 7, Abu Mohammed əl-Adnani və Tarkan Tayumurazoviç Batiraşvilinin hərəsinə 5, Tariq Bin-əl-Tahar Bin əl Falih əl-Avni əl-Harzi barəsində məlumata isə 3 milyon mükafat vəd edilir.

Məlumata görə, ilk olaraq "əl-Qaidə"nin İraqdakı bölməsinə qoşulan Qaduli İŞİD qrupunun əsas lideridir. Adnani qrupun sözçüsü, Harzi isə bu qrupun Suriya-Türkiyə sərhəddi arasında fəaliyyət göstərən birləşmələrinin rəhbəridir. Batiraşvili isə Suriyanın şimalındakı birləşmənin komandiridir.

Xatırladaq ki, hazırda İraq və Suriyanın bir sıra bölgələri İŞİD-in nəzarəti altındadır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar