Amerika Birləşmiş Ştatları (ABŞ) gələn iki il ərzində 4 min hərbçini və 17 min mülki işçini ixtisar etməyi planlaşdırır.
Məlumata görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndələri bildiriblər. Qeyd olunur ki, bu, bütün yerli və xarici postlara təsir göstərəcək. Onlar bu planın həyata keçiriləcəyini təsdiqləyiblər.
ABŞ Silahlı Qüvvələrinin 490 min əsgəri 450 minə salınacaq. Bu, Birləşmiş Ştatlar İkinci Dünya müharibəsinə qoşulandan bəri ən kiçik rəqəmdir.
Çak Heygel
İxtisarlar barədə ilk dəfə iki il əvvəl və ötən ilin fevralında məlumat verilib. O zaman ABŞ-ın müdafiə naziri Çak Heygel bildirmişdi ki, dövlət büdcəsində müdafiə xərcləri azalarsa, Pentaqon 135 min nəfəri ixtisar edə bilər. Həqiqi hərbi xidmət sahəsində 70 min, ehtiyatdan isə 65 min hərbçi ixtisar edilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, ixtisarlar orduda on illərlə modernləşmədə durğunluq yaradar. On ilə təklif olunan 500 milyard dollar ixtisar edilərsə, o zaman hakimiyyət seçim qarşısında qalacaq – ya hərbçilərin sayını azaltmaq, ya da ordunun döyüş qabiliyyətini artırmaq. Döyüş qabiliyyətinin artırılması seçilərsə, onda yeni «F-35» qırıcıları, sualtı qayıqlardakı raketlərin, kiber əməliyyatlar və xüsusi təyinatlıların modernləşdirilməsini layihələri xilas etmək mümkün olacaq.
Ümumiyyətlə, 2017-ci ilin sonunda büdcə azalması ucbatından ABŞ-ın quru qoşunlarında 80 min nəfər ixtisar ediləcək. İxtisar yenidən təşkilatlanma ilə müşayiət olunacaq – 45 quru qoşunlarından 33-ü qalacaq.
Xatırladaq ki, hazırda dünyanın ən güclü 10 ordusuna ABŞ, Rusiya və Çin silahlı qüvvələri başçılıq edir. "Global Firepower" analitik şirkəti dünyada ən güclü ordunun hansı ölkəyə mənsub olmasını müəyyənləşdirib. Belə ki, 126 ölkə arasında aparılan qiymətləndirməyə əsasən, ilk yeri ABŞ, ikinci yeri Rusiya ordusu tutub. Çin üçüncü, Hindistan dördüncü olub. İlk onluğa həmçinin Yaponiya, Türkiyə, Böyük Britaniya, Fransa, Almaniya və Cənubi Koreyanın Silahlı Qüvvələri daxildir.
Reytinqdə orduların gücü, sayı, müdafiə büdcəsi, flot, aviasiya və tankların sayı üzrə qiymətləndirilib.
Rusiya Silahlı Qüvvələrinin əsas gücünü tanklar, hərbi dəniz və hərbi hava qüvvələri təşkil edir. ABŞ-ın hərbi büdcəsi başqa dövlətləri üstələyir və 612 milyard dollardır. Bundan başqa, Global Firepowerin analitikləri Rusiya ordusunun səfərbər potensialını Amerikadan yüksək qiymətləndiriblər.
Türkiyə Silahlı Qüvvələri onuncu sırada yer alır və fəal hərbçi sayı 411 min, müdafiə xərcləri - 18 milyard dollar, hərbi təyyarə sayı 1020, tank sayı 3778-ə bərabərdir./anspress/
ABŞ ordusu
Rusiya ordusu
Türkiyə ordusu