ABŞ-ın 2022-ci ildə xalis enerji ixracatçısı olacağı gözənilir.
Qazeta.info AZƏRTAC -a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) fevral ayı üzrə hesabatında deyilir. Bildirilir ki, 1953-cü ildən bəri xalis enerji idxalçısı olan ABŞ-ın 2022-ci ildən etibarən enerji ixracatçısı olacağı nəzərdə tutulur. 2018-2050-ci illərdə neft və neft məhsulları ABŞ-da ən çox istehlak edilən enerji növü olacaq. Bu illərdə ABŞ-da istehlakı ən sürətlə artan enerji mənbəyinin isə təbii qaz olacağı proqnozlaşdırılır.
2038-ci ilədək ölkədəki neft istehsalçıları üçün iqtisadi şərait daha münbit olacaq. Bu dövrdə neftin yüksək qiymətinin təsiri ilə enerji ixracı artacaq və daxili istehlak isə azalacaq. 2050-ci ilə qədər ölkədə bərpaolunan enerji istehlakı kömür istehlakını geridə qoyacaq.