Abid Şərifov Yanmış binanın təhvil veriləcəyi vaxtı bildirib
23.05.2015 535 0.0 0

Bakıda yanğın baş verən çoxmərtəbəli binada aparılan təmir-bərpa işləri 5 aya yekunlaşacaq.

Məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini, binada yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov bildirib.
 
A. Şərifov qeyd edib ki, artıq binada təmir-bərpa işlərinə start verilib.
 
Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunun Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.
 
Binada əsaslı təmir və yenidənqurma işləri aparılması üçün 3 milyon manat ayrılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar