Abid Şərifov Türkiyə səfirliyində olub
30.06.2016 509 0.0 0

Azərbaycan baş nazirinin müavini Abid Şərifov İstanbulun Atatürk hava limanında  baş vermiş faciə ilə əlaqədar Türkiyə səfirliyinə gəlib.
 
Məlumata görə, A. Şərifov Türkiyə səfiri İsmayıl Alper Coşkuna başsağlığı verib, faciə qurbanları üçün açılmış xatirə kitabına ürək sözlərini yazıb.
 
A. Şərifovla yanaşı, xarici işlər nazirinin müavini Xələf Xələfov də səfirliyə gələrək Türkiyə səfirinə başsağlığı verib./apa/ 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar