Abdullah Gül əməliyyat olundu
30.01.2016 613 0.0 0

Türkiyənin sabiq Prezidenti Abdullah Gül bu gün İstanbuldakı Kadıköy xəstəxanasında cərrahiyyə əməliyyatı keçirib.

Qazeta.info Trend-in verdiyi məlumata əsasən bildirir ki, A.Gül sağ əlinin şəhadət barmağında uzun müddət əvvəl yaranan problem səbəbindən xəstəxanaya müraciət edib.

Uğurlu əməliyyatdan sonra sabiq Prezident xəstəxanadan evə buraxılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar