ABB-nin İdarə Heyətinə yeni təyinat olub
16.01.2017 661 0
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Müşahidə Şurasının toplantısı keçirilib.
ABB-dən verilən məlumata görə, toplantıda bankın İdarə Heyətinə yeni üzvün qəbulu və onun İdarə Heyəti sədrinin 1-ci müavini vəzifəsinə təyinatı məsələsinə baxılıb. Abbas İbrahimov ABB-nin İdarə Heyətinin üzvü və sədrin birinci müavini vəzifəsinə təyin edilib.
A. İbrahimovun sonuncu iş yeri "Bank of Baku" ASC olub. O adıçəkilən bankın İdarə Heyətinin sədri vəzifəsində çalışıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər