ABB məhkəməyə müraciət etdi
23.01.2018 813 0
"Azərbaycan Beynəlxalq Bankı" ASC xarici kreditorlar qarşısında öhdəliklərinin restrukturizasiya prosesinin 180 gün müddətinə uzadılması üçün yerli rayon məhkəməsinə müraciət edib.
Məlumata görə, bu məlumat bankın restrukturizasiya məsələləri üzrə agent qismində çıxış edən "D.F. King & Co" şirkətinin yaydığı bəyanatda öz əksini tapıb.
Qeyd edək ki, ABB 3,3 mlrd. dollar həcmində xarici öhdəliyin restrukturizasiyasını öhdəsinə götürüb. Restrukturizasiya prosesi bu il yanvarın 30-da başa çatdırılması nəzərdə tutulurdu.
Qeyd edək ki, Beynəlxalq Bank 2015-ci ilin iyulundan sağlamlaşdırma mərhələsindədir./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər