`YouTube` təhlükəsizlik tədbirlərini gücləndirir
05.04.2018 879 0.0 0

“YouTube” şirkətin Kaliforniyadaki baş gərargahı qarşısındakı atışmadan sonra bütün dünya üzrə ofislərində təhlükəsizlik tədbirlərini gücləndirmək niyyətindədir.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bu barədə şirkətin Twitter hesabında dərc edilmiş bəyanatda deyilir.

“Biz baş vermiş insidenti diqqətlə araşdırırq və bütün dünya üzrə ofislərimizdə təhlükəsizlik tədbirlərini gücləndirəcəyik”,-deyə bəyanatda bildirilir.

Xatırladaq ki, aprelin 3-də "YouTube"un Kaliforniya ştatının San-Bruno şəhərində yerləşən baş ofisi qarşısında atışma baş verib. İnsident nəticəsində 2 qadın və 1 kişi yaralanıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar