"YouTube" videohostinqi 2010-cu ildən 2019-cu ilə qədər ən məşhur videokliplərin siyahısını açıqlayıb.
Məlumata görə, 2010-cu ildən həmin kliplərə ümumilikdə 37 milyard dəfədən çox baxılıb.
Luis Fonsi və Daddy Yankeenin "Despacito" çarxı ən çox baxılan videoklip olub. Video 2017-ci ildə yayılıb və indiyə 6,5 milyarddan çox baxış sayı yığıb.
Siyahıda ikinci yerdə Ed Şiranın "Shape of You" klipidir. Bu mahnı çarxı 4,5 milyard nəfərin diqqətini cəlb edib. Bu halda britaniyalı ən yaxşıların siyahısına iki dəfə düşmüş tək ifaçı olub. Onun "Thinking Out Loud" mahnısı həm də 10-cu yeri tutub./Report/
Uiz Xalifanın "See you again" mahnısı videoklip liderləri siyahısının ilk üçlüyünü qapayıb. Siyahıdakı top-10-a həmçinin Castin Biberin "Sorry", Ketti Perrinin "Roar", Maroon 5-in "Sugar", PSY və "OneRepublic" mahnıları daxildir.