`WhatsApp`da yenilik - İşimiz bir az da asanlaşdı - FOTO
24.08.2017 1324 0
Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "WhatsApp" maraqlı yenilik edib.
"Hürriyet"ə istinadla bildirilir ki, yenilik "WhatsApp"ın şriftləri ilə bağlıdır.
Artıq "WhatsApp"da mesaj yazarkən şriftləri bold ( qalın ) və ya italic (nazik əyri) yazmaq üçün əvvəlki qədər əziyyət çəkməyə ehtiyac yoxdur. Bunun üçün, sadəcə, sözün üzərinə toxunub, şrifin forması ilə bağlı seçim etmək lazımdır.
Qeyd edək ki, əvvəllər sözləri qalın ya da əyri yazmaq üçün (*), (_) simvollarından istifadə edilirdi./Milli.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər