`Vostok` gəmisinin axtarışı tamamilə dayandırılıb
08.02.2018 880 0
Yapon dənizində batan "Vostok" balıqçı gəmisinin axtarışları tamamilə dayandırılıb.
Məlumata görə, bu barədə RİA Novosti agentliyinə “Vladivostok” dəniz xilasedici mərkəzinin nümayəndəsi bildirib.
“Axtarış-xilasedici əməliyyatın fəal fazası sona çatdıqdan sonra axtarış ərazidən keçən gəmilər tərəfindən aparılıb. Lakin 9 sutka ərzində aparılan axtarışlar nəticəsiz qalıb. Beləliklə, "Vostok" balıqçı gəmisinin axtarışları tamamilə dayandırılıb”, deyə nümayəndə bildirib.
Qeyd edək ki, “Vostok” balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşı olan iki azərbaycanlı – 1972-ci il təvəllüdlü Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü Ruslan Əlizadə olub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər