`Toyota` avtomobilləri geri çağırıb
05.10.2017 900 0
"Toyota Motor" şirkəti Rusiyada 323 ədəd "Hilux" avtomobilini geri çağırıb.
Məlumata görə, bu qərar avtomobillərin təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2010-cu ilin dekabrından 2011-ci ilin dekabrınadək Rusiyada satılmış pikap modellərinə şamil olunur.
Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər