`Şakro Molodoy` azadlıqdan məhrum edilib
29.03.2018 795 0
“Şakro Molodoy” ləqəbli kriminal avtoritet Zaxariy Kalaşov 9 il 10 ay azadlıqdan məhrum edilib.
“Life.ru” saytına istinadən verilən məlumata görə, müvafiq qərar Moskva şəhər Nikulin rayon məhkəməsində qəbul edilib.
Z. Kalaşovun yaxın adamı “İtalyanets” ləqəbli Andrey Koçuykov isə 8 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs hədə-qorxu ilə tələbetmə cinayətində ittiham olunur.
Qeyd edək ki, dövlət ittihamçısı onun 10 il azadlıqdan məhrum edilməsini və 700 min rubl (təxminən 12 min dollar) məbləğində cərimələnməsini tələb etmişdi.
İstintaq materiallarında qeyd olunur ki, “Şakro Molodoy” kriminal avtoritet Ded Xasanın ölümündən sonra cinayətkar dəstənin lideri olub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər