Əməkdar artist Cavanşir Məmmədov səsini sığortalayan məşhurları tənqid edib.
Qazeta.info xəbər verir ki, Axşam.az-a açıqlama verən müğənni bildirib ki, bu, çox mənasız və real olmayan addımdır:
"Deyirlər, səsi sığortalatmaq... Səsin harasını sığortalayacaqsan? Elə bir şey mümkün deyil. Toydan beh alaram, xəstə olaram gedib oxuya bilmərəm. Bir də var, səs kökündən kəsilir. Tarkan səsini sığortalayıb? Heç bir həkim bu işə girə bilməz. Amma Cennifer Lopes bir yerini sığortalayıb. Gedib canını sığortalayıb. Harasın sığortalayıb, bu da məlumdur. Səs sığortalana bilməz. Bu dəqiqə desinlər Akif İslamazadənin səsini qaytara bilərlər... 10 milyon yığaq verək qaytarsınlar. Səsin nəyin sığortalayırlar? Azərbaycanda milyona qədər müğənni var. Hansı Rəşid Behbudov, Hüseynağa Hadıyev, Akif İslamzadədir?".