`Şərq əjdahası` Britaniyada metronu da saxladı
28.02.2018 1108 0.0 0

Böyük Britaniyada hökm sürən “Şərq əjdahası” siklonu fəsadlar törətməkdə davam edir.

Trend-in məlumatına görə, kəskin hava şəraiti paytaxt Londonda metropolitenin işində ləngimələrə səbəb olub.

Bundan başqa, bir sıra avtobus marşrutları da gecikmələrlə işləyir.

Qeyd edək ki, “Şərq əjdahası” ilə əlaqədar Böyük Britaniyada yüzlərlə məktəb bağlanmışdı.

Siklon İngiltərənin böyük hissəsində və Şotlandiyada hökm sürür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar