`Reina` klubundakı partlayışın təşkilatçısı həbs edilib
14.02.2017 1198 0.0 0

“Reina” gecə klubunda törədilən partlayışın təşkilatçısı İstanbulda tutulub.

Türkiyə KİV-inə istinadən xəbər verilir ki, bu barədə Burdur prokurorluğu açıqlama yayıb.

Məlumata görə, o, Fransa vətəndaşıdır və iki gün əvvəl Burdur məhkəməsi tərəfindən barəsində həbs qətiimkan tədrbiri seçilməsi haqqında qərar qəbul edib.

Xəbərdə bildirilib ki, Türkiyə əsilli A.S. adlı fransalı 2009-cu ildən Fransada yaşayır. Onun terrorçu İŞİD qruplaşmasının üzvü olduğu vurğulanıb.

Qeyd edək ki, 2017-ci il yanvarın 1-nə keçən gecə İstanbulun “Reina” gecə klubunda 39 nəfəri qətlə yetirmiş terrorçu Əbdülqadir Maşaripov həbs edilib. Ona qarşı “39 nəfərin qəsdən qətlə yetirilməsi”, “İŞİD terror qruplaşmasına üzvlük”, “qanunsuz silah gəzdirmək” və s. ittihamlar irəli sürülüb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar